20 Yanvar şəhidlərinin 29-cu anım günü

    Xalq tərəfindən qərinələr, əsrlər keçməyinə baxmayaraq əsla unudulmayan insanlardır Şəhidlər! Canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazanlardır 20 Yanvar şəhidləri.

    Məhz onların canı və qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur. Ona görə ki, Şəhidlər xalqın kimliyini, mənliyini qoruyan insanlardır. 21.01.2019-cu il tarixdə H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbin müəllim və şagird kollektivi Şəhidlər xiyabanında oldular. Şəhidlərin məzarları üzərinə tər çiçəklər düzüb ruhlarına dualar oxudular. Ziyarətdən sonra məktəbdə 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş möhtəşəm tədbir düzənləndi. Allah Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi