Dünya Azərbaycanlılarının Həmrəylik günü

H.Z. Tağıyev adına 123 -li tam orta məktəbdə 28 dekabr 2018-ci il tarixdə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə silsilə tədbirlər keçirildi. Bütün keçirilən tədbirlərdə şagirdlərin çıxışlarında bayram əhval-ruhiyyəsi ilə bərabər yeni istedadların üzə çıxaraq valideyn və müəllimlərini sevindirməsi bayrama daha da böyük ovqat qatdı. Rəngarəng çıxışlar, aparılan viktorinalar, tamaşalar, rəqslər, Şaxta baba və Qar qızının uşaqları əyləndirməsi kiçik yaşlı məktəblilərin ürəyincə oldu. Hər yaş üzrə keçirilən şeir müsabiqələrində, idman yarışlarında, musiqi festivallarında, bilik yarışlarında qalib olan şagirdlər fəxri fərman,diplomlar və  hədiyyələrlə təltif edildilər. Məktəbin direktoru Vəli Hüseynli I yarımildə qazanılan nailiyyətlərlə və baram münasibətilə şagirdləri təbrik edib, Yeni ildə onlara daha çox müvəffəqiyyətlər qazanmağı arzu etdi, uğurlar dilədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi