Buraxılış imtahanlarının II mərhələsinə dair sınaq qiymətləndirmə keçirilib

15 dekabr 2018-ci il tarixdə H.Z.Tağıyev adına 123 -li tam orta məktəbdə IX siniflərdə Ana dili, Riyaziyyat və Xarici dil fənləri üzrə buraxılış imtahanlarının II mərhələsinə dair sınaq qiymətləndirmə keçirilib. Diaqnostik qiymətləndirmə saat 10:00-da başlanıb. Qiymətləndirmə üçün ayrılan ümumi vaxt 165 dəqiqədir. Ayrılmış vaxtın ilk 30 dəqiqəsində şagirdlər onlar üçün müəyyən edilmiş yerdə əyləşib, cavab kartının düzgün doldurulma qaydası izah edilib. 10:30-da sual kitabçaları paylanılıb və sualların cavablandırılması üçün 135 dəqiqə vaxt ayrılıb. Lövhədə başlama və bitmə vaxtı qeyd olunub. Cavab kartları doldurulub. İmtahan 12:45-də bitərək, cavab kartları və sual kitabçaları şagirdlərdən yığılıb, variantlar qeyd olunub rəhbərliyə təhvil verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi