18.01.2016-cı il tairxində 20 Yanvar şəhidlərinin 26-cı anım günü

18.01.2016-cı il tairxində H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbdə 20 Yanvar şəhidlərinin 26-cı anım gününə həsr edilmiş "20 Yanvar şəhidləri heç vaxt unudulmayacaq" adlı tədbir keçirildi.Tədbirdə məktəbin direktoru Səba Həsənova, təşkilatçı Zülfiyyə Sanıyeva və məktəbin tarix müəllimi Səmayə Rzayeva çıxış etdilər.Onlar çıxışlarında qanlı yanvar hadisələrinin baş vermə səbəblərindən, günahsız qurbanlardan, əhalinin başına gələn müsibətlərdən söhbət açdılar.Şagirdlər çıxışlarında şer söylədilər, ədəbi-bədii kompozisiya nümayiş etdirdilər.Video görüntülərə baxıldı, o dəhşətli faciə bir daha gözlərdə canlandırıldı.Sonda Mərdəkan qəsəbəsindəki Nizami adına Mədəniyyət evinin yaradıcı heyəti tərəfindən çəkilmiş "At, o qara örpəyi" qısametrajlı bədii filmi nümayiş etdirildi.Filim tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi