Zəlimxan Yaqubun anım günü

21.01.2016-cı il tarixində H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbdə Azərbaycanın Xalq Şairi Zəlimxan Yaqubun anım günü keçirilmişdir.Öncə məktəbin müəllim və şagird kollektivi şairin Fəxri Xiyabandakı məzarını ziyarət etdilər. Sonra məktəbin akt zalında şairin həyat və yaradıcılığına həsr olunmuş “Zəlimxan şeirinin işığında” adlı şeir müsabiqəsi keçirildi. Müsabiqədə şagirdlər Z.Yaqubun müxtəlif mövzulara həsr olunmuş şeirlərini oxudular. Fərqlənən şagirdlərə diplomlar və hədiyyələr təqdim olundu.Sonra məktəbin direktoru Səba Həsənova çıxış edərək tədbirin təşkilatçılarına və müsabiqə iştirakçılarına təşəkkürünü bildirdi. O, qeyd etdi ki, şagirdlərin bədii qirayət qabiliyyətlərinin və mütaliə vərdişlərinin təkminləşdirilməsi üçün bələ tədbirlərin tez-tez keçirilməsi vacibdir
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi