Hərəyə bir ağac əkək

Ağac var ki, çiçəyi, yarpağı, meyvəsi, qabığı ilə dərdə məlhəmdir. Ağac var ki, meyvəsi ilə süfrəmizə yaraşıq verir. Ağac var ki, görkəmi ilə göz oxşayır, bağları, parkları, həyətləri bəzəyir. Ümumilikdə isə, ağaclar insanın qoruyucusu, onun sağlamlığının keşikçisidir, boya-başa çatdığı məkanın təmizləyicisidir. Bu münasibətlə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında Dirçəliş gününə həsr edilmiş 17 noyabr 2018-ci il tarixdə H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbdə ağacəkmə aksiyası keçirildi. Məktəb həyətində bir qrup şagirdlər və məktəb rəhbərliyinin iştirakı ilə həyətyanı sahədə şam ağacları əkildi, əkilən ağaclar suvarıldı, digər ağacların dibləri təmizləndi. Görülən işin vacibliyini şagirdlər düşünərək gələcəkdə də bu işi davam etdirəcəklərinə söz verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi