“Dövlət Bayrağı Günü” nə həsr olunmuş tədbir keçirildi

08 noyabr 2018-ci il tarixdə H.Z.Tağıyev adına 123-li tam orta məktəbdə Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirin açılışı hərbi geyimli şagirdlərin Dövlət Bayrağını tədbirə gətirmələri və Dövlət Himninin səsləndirilməsi ilə başladı. Məktəbin direktoru Vəli Hüseynli müəllim və şagird kollektivinin bayram münasibətilə təbrik etdi və 100 yaşlı Dövlət Bayrağının tarixi haqqında ətraflı məlumat verdi. Şagirdlər tərəfindən Azərbaycan Bayrağının şərəfinə şeirlər söylənildi, mahnılar səsləndirildi. Sonda çıxışçılar bu gün Azərbaycan Respublikasının səması üzərində dalğalanan müqaəddəs Dövlət Bayrağının tezliklə Qarabağ səmasında dalğalanmasını hamılıqla arzu etdilər. Əziz xalqımız, bayramınız mübarək !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi