“Ağ ölümə yox dəyək” mövzusunda maarifləndirici tədbir keçirildi

09 oktyabr 2018-ci il tarixdə Xəzər rayon Polis İdarəsi tərəfindən Mərdəkan qəsəbəsi Nizami adına Mədəniyyət mərkəzində H.Z.Tağıyev adına 123 -li tam orta məktəbin müəllim və şagirdləri ilə birgə “Narkomaniya sosial bəladır” və “Ağ ölümə yox dəyək” mövzusunda maarifləndirici tədbir keçirildi.

         Məktəbin direktoru Vəli Hüseynli tədbiri açıq elan etdi. Gələn qonaqları salamlayaraq, tədbir iştirakçılarına mövzu haqqında məlumat verdi.

         Xəzər Rayon Polis İdarəsinin rəisi, polis polkovniki, cənab Azər Muradov geniş çıxış etdi. O, şagirdlərə narkomaniyanın acı nəticələri haqqında məlumat verərək, şagirdlərə bir çox tövsiyələr söylədi. Digər çıxışçılar polkovnik İsmayıl Qasımov, 26 saylı BŞX-nin narkoloq-həkimi Zakir Fərəcov, Xəzər rayon İcra Hakimiyyətinin nümayəndəsi Ofelya Məmmədzadə, Xəzər RPİ-nin YYÇPİTB-nin inspektoru polis leytenantı Xəyalə Həsənova da çıxışlarında şagirdlərə məsləhətlər verdilər. Sonradan uşaqların sualları cavablandırıldı. Divar bülletenləri və rəsm əsərlərinə görə şagirdlər fəxri fərmanla təltif etildilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi