“Beynəlxalq Müəllimlər günü”

05.10.2018-ci il tarixdə “Beynəlxalq Müəllimlər günü” münasibətilə H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbdə müxtəlif səpgili tədbirlər keçirildi. Şərəfli peşə sahibi olan müəllimlərimiz gözəl bir gün yaşadılar. Şagirdlərin hazırladıqları səhnəciklər, müəllimlərə ünvanlanan xoş sözlər, məktəb rəhbərliyinin təbriki kolloktivin zövqünü oxşadı. Çay süfrəsi arxasında maraqlı söhbətlər danışıldı, xatirələr təzələndi, dünyasını dəyişən və hal-hazırda təqaüddə olan müəllimlərimiz bir-bir yad edildi. Sonda “Bir də dünyaya gəlsəm, yenə də müəllim olardım” öz təsdiqini tapdı. Bayramınız mübarək, əziz müəllimlər!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi