124 yaşın mübarək məktəb

H.Z. Tağıyev adına 123 -li tam orta məktəbin 27.09.2018-ci il tarixdə 124 yaşı tamam oldu. 1894-cü ildə Azərbaycan xalqının maarifpərvər və messenat oğlu Hacı Zeynalabdin Tağıyev bu məktəbi Mərdəkanda kasıb balaların aqranomluq sənətini öyrənməsi üçün 4 illik məktəb kimi tikdirmişdir. Hal-hazırda 11 illik tam orta təhsil məktəbi kimi fəaliyyət göstərir. Səhər toplantısında məktəbin bu illər ərzində tarixi bir daha yada salındı. Nailiyyətləri olan bəzi şagirdlər fəxri fərmanla təltif edildilər. Daha sonra Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi muzeyinin rəhbəri akademik Nailə xanım Vəlixanlı və muzeyin əməkdaşları, məktəbin məzunları olmuş Mərdəkan Bələdiyyəsinin nümayəndəsi, kənd ağsaqqalları müəllim və şagirdlərlə birgə heç vaxt unudulmayan görüş keçirildi. Görüş iştirakçılarını məktəbin rəhbərliyi salamlayaraq bu günün məktəb kollektivi üçün çox şərəfli bir gün olduğunu qeyd etdi. Qonaqlar Hacı Zeynalabdin Tağıyev və məktəbin tarixi haqqında dəyərli xatirələr danışdılar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi