Müstəqilliyimizin 100 illiyi

2018-ci il sentyabrın 15-də H.Z.Tağıyev adına 123№-li tam orta məktəbdə şəhid iki Türk əsgərlərinin abidəsi üzərində tədbir keçirildi. Tədbir iştirakçıları bu günün hamı üçün nə qədər əhəmiyyətli olduğunu söylədilər. 1918-ci il 15 sentyabr günü Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakı və ətraf qəsəbələrdə erməni daşnaqlarına qarşı aparılan döyüşlərdə şəhid olan iki Türk əsgəri məktəb həyətindəki olan məzarda uyuyurlar. Şanlı tarixi gündən 100 il keçsə də Bakının qurtuluşunda iştirak edən və şəhid olanlar heç vaxt unudulmur. Mərdəkan ağsaqqalı Elman Pənahov həmin günlərin xatirələrini məktəb kollektivinə və şagirdlərə danışdı. Onun məktəb həyətindəki şəhidliyin bərqərar olunmasında, ikici dəfə mütəqilliyini qazanan Azərbaycan Dövlətçiliyimiz dövründə çox böyük müstəsna rolu olmuşdur. Şagirdlər daha sonra şeirlər söylədilər. Məktəb rəhbərliyi bu günün həyatımızda nə qədər əhəmiyyətli olduğunu, şagirdlərin vətənpərvər böyüməsində, iki xalqın dostluq əlaqələrini möhkəmlənməsində bu abidənin böyük rol oydadığını söylədi. Sonda şəhidlərimizin ruhuna dualar oxundu və abidə önünə tər çiçəklər qoyuldu

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi