1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü

01.06.2018-ci il tarixdə H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbdə “ 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü ” ilə əlaqədar tədbir keçirildi. Tədbirdə uşaqlar dünyada sülh olması istəklərini şerləri, mahnı və rəqsləri ilə bildirdilər. Asfalt üzərində çəkdikləri şəkillərdə vətənə olan sevgilərini bildirməklə, kiçik qəlblərində necə böyük arzular yaşatdıqlarını onlara tamaşa edənlərə çatdırdılar. Bayram münasibətilə məktəb rəhbərliyi şagirdləri təbrik etdi. 2017/2018-ci tədris ilində bir çox şagirdlərin təhsildə və məktəb ictimai həyatında qazandıqları nailiyyətlər qeyd olundu, onlar fəxri fərmanlarla təltif edildilər. Bu şagirdlərin bilik yarışmalarında qazandıqları nailiyyətlərində əməyi olan müəllimlər də unudulmadı. Tədbir böyük coşqu ilə keçdi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi