Ümumimilli liderimiz H.Əliyevin anım günü

2003-cü il dekabr ayının 12-si… Həmin gün Azərbaycanın tarixinə qara hərflərlə yazıldı. Həmin gün Azərbaycan xalqı öz Böyük və Xilaskar oğlu, ümummilli lider, bu dövlətin qurucusu Heydər Əliyevi cismən itirdi. Düz 12 il öncə bu acı xəbəri eşidəndə Azərbaycan xalqı başına özü boyda qara yaylıq bağladı. Bütün dünyanın aparıcı kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti Heydər Əliyevin vəfatı xəbərini baş xəbərə çevirdilər. Yer üzünün hansı ölkəsində yaşamasından asılı olmayaraq, milyonlarla Azərbaycanlı bu xəbərdən sarsıldı. O, bizə Azərbaycan adlı sabit, hər gün inkişaf edən, dünya birliyində özünə layiqli yer tutan, özünün qurub-yaratdığı bir məmləkəti əmanət qoyub getdi.11.12.2015-ci il tarixdə H.Z.Tağıyev adına 123 №-li orta məktəbə də Ümumimilli liderimiz H.Əliyevin anım günü qeyd olundu.Dəyirmi masa arxasında məktəbin müəllim və şagird kollektivi, gələn qonaqlar Nizami adına Mədəniyyət mərkəzinin nümayəndələri, Daxili Qoşunların nəzrində xidmət edən Türkiyə Azərbaycan Respublikasının zabitləri Ulu öndər haqqında təəssüratlarını danışdılar.Ulu öndər H.Əliyevin büstü önünə tər çiçəklər qoyuldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi