Ətraf mühitin qorunması

2017/2018-ci tədris ilinin “Təhsildə keyfiyyət ili” elan olunması ilə əlaqədar H.Z. Tağıyev adına 123 -li tam orta məktəbin pedaqoji kollektivi öz işini günün tələblərinə uyğun qurmağa çalışır. Məktəbin biologiya fənnini tədris edən Rəsulova Bahar müəllim 07 dekabr 2017-ci il darixdə şagirdlərə ətraf mühitin qorunması, Azərbaycanın təbiətinin mühafizəsi haqqında daima məlumatlar verir, onları maarifləndirir.

Şagirdlər Azərbaycanın Milli Parkları, “Qırmızı kitab” ı ilə tanış oldular. Əsas məqsəd Aazərbaycanın gözəl təbiətini qorumaqdır.

Bugünkü dərsdə mövzu “Ağ göl” Milli parkı haqqında idi. VII sinif şagirdlərinə bu park haqqında məlumatlar verildi. Burada, əsasən, su-bataqlıq quşlarının saxlanıldığı qeyd edildi. Ona görə də bu park “ Quş gölü” adlanır.

Bir sözlə, şagirdlərə ekoloji tərbiyə və ekoloji məsuliyyət hissini aşılamaq hər müəllimin borcudur. Ətraf mühitə biganə yanaşmayanlar mənəviyyatca zənginləşirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi