Qabaqcıl müəllimlərin təcrübəsi
2017/2018-ci tədris ilinin “Keyfiyyət ili” elan olunması ilə əlaqədar H.Z. Tağıyev adına 123 №-li tam orta məktəbin pedaqoji kollektivi öz işini günün tələblərinə uyğun qurmağa çalışır. Məktəbin kimya fənnini tədris edən Əliyeva Sevinc müəllim dərslərində şagirdlərə bu elmin sirlərini sevə-sevə öyrədir. O, gələcəkdə doğma Azərbaycanımızın neft və kimya müəssisələrində çalışacaq mütəxəssislərin yetişməsindən ötrü bütün imkanlarından istifadə edir