03.12.2015-ci il tarixdə Beynəlxalq əlillər günü

03.12.2015-ci il tarixdə Beynəlxalq əlillər günü ilə əlaqədar Xəzər rayonu, H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbdə müəllim və şagird kollektivinin Xocalı soyqrımı Tanıtma İctimai birliyinin Xəzər rayon şöbəsinin birgə keçirdiyi tədbir çox yüksək səviyyədə keçdi. Məktəbin direktoru Səba müəllimə gələn qonaqları salamladı, bu günün keçirilməsinin tarixi və mahiyyəti haqqında məlumat verdi.Tədbiri hazırlayan Zülfiyyə müəllimənin və şagirdlərin çıxışı tədbir iştirakçılarında böyük təəssürat yaratdı.Gələn qonaqlardan Xocalı Soyqrımı Tanıtma İctimai birliyinin sədri Şamil Sabitoğlu, Xocalı Soyqrımı Tanıtma İctimai birliyinin Binəqədi rayon şöbəsinin sədri Ayna Allahyarqızı, Xocalı Soyqrımı Tanıtma İctimai birliyinin və Yeni Yurd İctimai birliyinin ümumi şöbəsinin əməkdaşı Dilbər Sultanova, Xocalı İcra Hakimiyyətinin nümayəndəsi Xəlil müəllim, Xocalı Soyqrımı Tanıtma İctimai birliyinin nümayəndəsi Oqtay müəllim, Xocalı Soyqrımı Tanıtma İctimai birliyinin Xəzər rayon şöbəsinin sədri Samirə Novruzova və Milli Az xəbər portalının əməkdaşı Zamin Zeynal müəllim öz çıxışlarında bir çox sahələrdə əlillərə əlaqədar dövlətmizdə aparılan işlərdən danışdılar.Hörmətli prezidentimiz İ.Əliyev və birinci xanımımız Mehriban xanım əlillərin sosial şəraitinin və rifahlarının yaxşı olması üçün çox çalışır, istər əlillərin reabelyatoriyası, istər onların ev və maşınla təmin edilməsi, inkluziv təhsil almaları, bununla da cəmiyyətdə onların özlərini tənha hesab etməmələri üçün bütün imkanlardan istifadə edirlər.Sağlamlıqları məhdud uşaqların həyatı həmişə cəmiyyətimizdə diqqət mərkəzindədir.Daha sonra əlil uşaqların həyatından bəhs edilən filmə baxıldı.Tədbir iştirakçıları görülən bütün işlərə öz razılıqlarını bildirdilər.Xatirə fotoşəkilləri çəkildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi