Konstitusiya Günü 12.11.2015

Xəzər rayonu H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbdə “Konstitusiya Günü” və “Beynəlxalq Uşaq hüquqları Günü” qeyd edildi. 12.11.2015-ci il tarixində 123 №-li tam orta məktəbdə böyük bədii publisistik kompozisiya keçirilmişdir. Kompozisiyanın loqosu “Konstitusiya-Əsas qanunlar toplusu, Qanunlarsa-hüquqlarımızı qorumaq üçündür” adlanırdı.Tədbirdə Konstitusiyamızın müxtəlif maddələri səhnəcik, şer, musiqi vasitəsilə daha dolğun şəkildə çatdırıldı. Şagirdlərdə hüquqi biliklərə marağın artırılma, milli qanunvericiliyimiz, dövlətçiliyi haqqında daha çox məlumat verilməsi məqsədilə təşkil olunmuş tədbirdə həmçinin “Uşaq hüquqları” haqqında da müxtəlif səhnəciklər təqdim olundu.Tədbirin təşkilatçısı Zülfiyyə Niftaliyeva bütün şagirdlərə öz fikrini söyləmək imkanı verərək onların öz hüquqları, azadlıqları, vəzifələri barədə məlumat verdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi