Təbabət muzeyinə ekskursiya

26.10.2017-ci il tarixdə Xəzər rayonu, H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbin yuxarı sinif şagirdlərindən və kimya-biologiya fənn kafedrasının müəllimlərindən təşkil olunmuş bir qrup Təbabət Muzeyinə ekskursiya təşkil etmişlər. Kafedranın rəhbəri Sevinc Əliyevanın bu ekskursiyada məqsədi kimya və biologiyanın inkişafında, həmçinin təbabət elminin inkişafında çox böyük rolu olmuş elm xadimləri ilə şagirdləri tanış etmək idi. Muzeyin işçisi Zenfira xanım böyük həvəslə şagirdlərə Azərbaycan tibb sahəsinin inkişaf mərhələləri haqqında məlumat verdi. Həm müəllimlər, həm də şagirdlər muzeyin əməkdaşlarına böyük minnətdarlıq etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi