14.06.2017-ci il tarixdə "SON ZƏNG" tədbiri keçirildi

H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbdə 14.06.2017-ci il tarixdə "SON ZƏNG" tədbiri keçirildi. Maraqlı və zəngin olan proqram gələn qonaqların xoşuna gəldi. Məktəbin direktoru Könül xanım tədbir iştirakçılarını salamladı, məktəbin məzunlarını təbrik edərək onların yollarının açıq, sabahlarının işıqlı, uğurlarının bol olmasını arzuladı. Tədbirdə iştirak edən qonaqlar, valideynlər, müəllimlər, keçən illərin məzunları və birincilər də məzunları təbrik etdilər, onlara xoş arzularını bildirdilər. Simvolik “Bilik açarı” məzunlar tərəfindən birincilərə verildi. Məzunlar müəllimlərinə, valideynlərinə bu günkü xoş günləri üçün təşəkkür etdilər, onların başlarını uca etməyə, vətənin layiqli övladları olacaqlarına söz verdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi