Dövlət Müstəqilliyi Günü 19.102015-ci il

123 №-li tam orta məktəbdəAzərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olundu.19 oktyabr 2015-ci il tarixində Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə 18 oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbir keçirilmişdir. Əsasən disskusiya şəklində qurulmuş tədbirdə məktəbin tarix müəllimi Z.Niftaliyeva giriş olaraq bu tarixi gün haqqında məlumat vermişdir. Azərbaycanın həmin çətin günlərində xalqı ilə bir olmaq, onun azadlıq və suverenlik arzularının gerçəkləşməsində iştirak etmək üçün ümummilli lider Heydər Əliyevin Moskvadan Azərbaycana qayıdaraq müstəqilliyimizin qazanılması və qorunmasında göstərdiyi misilsiz xidmətlərindən söz açılmışdır.Daha sonra Azərbaycan tarixinin Manna dövləti dövründən başlayaraq, 1991-ci il 18 oktyabra qədər keçdiyi tarixi xronikaya nəzər salınmışdır. Şagirdlər müəllimin köməyilə bu xronikanı həm şifahi, həm də lövhədə sxemləşdirməklə bir daha yada salmışlar.Nəticə olaraq, mübarizələr dolu tariximizin əsas məqsədi, əsas məramı çözülmüşdü: azadlıq, müstəqillik. 71 illik sovet müstəmləkəsinin belə bu məqsəddən vaz keçirə bilmədiyi nemət..uğrunda nə qədər canlar fəda oldu..Məktəbin hərbi hazırlıq müəlimi Nəbiyev Çingiz şagirdlərdə vətənpərvərlik ruhunun yüksək olmasının vacibliyini vurğuladı. Və bu haqda öz tövsiyələrini verdi.Müzakirələrə əsaslanaraq, şagirdlər bir daha etiraf etdilər ki, doğurdan da, insan üçün azadlıqdan, dövlət üçünsə müstəqillikdən əziz, şirin heç nə yoxdur.Və sonda müstəqilliyimizin 24 illik inkişaf yolunun ən parlaq nəticəsi kimi bu gün Azərbaycanın, sözün əsl mənasında, artıq tam müstəqil ölkə olması qənaətinə gəlindi.Sadəcə qalır, bu müstəqilliyi hər addımında dəyərləndirmək, qorumaq və əsl vətəndaş olmağı bacarmaq.Şagirdlərə evə “Vətənpərvərlik nədir?” və “Tariximizi niyə öyrənməliyik?” mövzusunda Esse yazmaq tapşırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi