Respublika fənn olimpiadaları

Mayın 25-də Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Tədbirdə Təhsil Naziri Mikayıl Cabbarov, millət vəkilləri, bir sıra dövlət və özəl qurumların, qeyri-hökumət təşkilatlarının və təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, münsiflər heyətinin sədrləri və üzvləri, olimpiada qalibləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Mərasimdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov Respublika fənn olimpiadalarının keçirilməsinin istedadlı uşaqların vaxtında müəyyən olunması, onlarla işin düzgün qurulması, ölkənin dayanıqlı inkişafına və işıqlı gələcəyinə xidmət etdiyini vurğulayıb.Respublika fənn olimpiadalarının birinci-rayon (şəhər) mərhələsində 30 000 nəfərə yaxın şagird iştirak edib. Olimpiadada 8 fənn üzrə 263 qalib müəyyən edilib. 48 nəfər şagird qızıl, 85 nəfər gümüş, 130 nəfər isə bürünc medala layiq görülüb. Bu sevincdən Bakı şəhəri, Xəzər rayonu H.Z.Tağıyev adına 123 №-li tam orta mktəbə də pay düşmüşdür. Belə ki, məktəbimizin IX sinif şagirdi Məmmədova Siddiqə Şirin qızı Respublika üzrə fənn olimpiadasında coğrafiya fənni üzrə bürünc medala və diploma layiq görülümüşdür. Əldə edilən hər bir uğura görə ölkə başçımız Prezident cənab İ.Əliyeva, birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığımızı bildiririk.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi