5 oktyabr Müəllimlər Günü

5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur. Ulu öndərimiz Heydər Əliyev əziz müəllimlər haqqında demişdir: Mən dünyada müəllimdən yüksək ad tanımıram. Xəzər rayonu, H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbdə də bu gün böyük təntənə ilə qeyd olundu. XI sinif şagirdlərinin təşəbbüsü ilə keçirilən tədbirdə rəngarəng çıxışlar, sevimli müəllimləri haqqında söylədikəri xoş sözlər hamının çöhrəsində sevincli anlar yaratdı.Məktəbin direktoru Səba xanım bütün müəllimləri bu bayram günü ilə təbrik etdi, onlara şərəfli işlərində müvəffəqiyyətlər arzuladı.Digər müəllimlər də müəllimlik peşəsini onlar üçün nə qədər əziz olduğunu söylədilər.Tədbirdə bəzi müəllimlər təhsildə, şagirdlərin təlim-tərbiyəsində qazandıqları nəaliyyətlərə görə rəhbərlik tərəfindən fəxri fərmanlarla təltif edildilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi