Tarixi abidələri tanıyaq

Xəzər Gənclər evi, Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Xəzər rayonunda yerləşən tarixi abidələri tanıyaq” adlı rəsm sərgisi baş tutub. Sərginin əsas məqsədi gənclər arasında tariximizə marağın artırılması, milli irsimizin təbliği və yaradıcılıq bacarıqlarının dəstəklənməsi olub. Sərgi çərçivəsində gənc rəssamlar Xəzər rayonunun müxtəlif tarixi məkanlarını öz əsərlərində canlandıraraq, ziyarətçilərə vizual olaraq zəngin və məlumatlandırıcı bir təcrübə yaşadıblar. Tədbir zamanı həm iştirakçılar, həm də ziyarətçilər Azərbaycan mədəni irsinin bir parçası olan bu abidələrlə daha yaxından tanış olmaq imkanı əldə ediblər. Sonda sərgi iştirakçılarına Təşəkkürnamələr və xatirə hədiyyələri təqdim olunub. Tədbir iştirakçılar tərəfindən yüksək qiymətləndirilib və gələcəkdə bu kimi layihələrin davam etdirilməsinin vacibliyi vurğulanıb.