28 May-Tarixin Qızıl Səhifəsi

26.05.2025-ci il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin UBTR Şəfa Orucova 5b sinif şagirdləri ilə 28 May-Müstəqillik Günü ilə əlaqədar maarifləndirici tədbir təşkil etdi.5b sinif şagirdləri hazırladıqları təqdimatlarla çıxış etdilər. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, keçdiyi inkişaf yolu, cümhuriyyətin mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə verdiyi töhfələr barədə şagirdlərə geniş məlumat verildi. Ölkəmizin müstəqilliyi bərpa olunduqdan sonra qazanılmış uğurlardan, dövlət quruculuğu sahəsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edildi.