Keçmişimizi dəyərləndirdik Qərbi Azərbaycanı xatırladıq

    26.05.2025-ci il tarixində H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Qərbi Azərbaycana qayıdış” başlığı altında maarifləndirici tədbir keçirildi. Tədbirdə Xəzər rayon İcra Hakimiyyətinin şöbə müdiri Çərkəz Tanrıverdiyev, Xəzər rayon   Qərbi Azərbaycan İcmasının sədri Alı Alıyev və icma üzvləri Eyyub Həsənov, Etibar Ələsgərov, Mahmud Həsənov iştirak etdilər. Məkətbin tarix müəllimləri Rzayeva Səmayə və Qarayev Şikari Qərbi Azərbaycanın tarixən Azərbaycan torpağı olduğunu, bölgələrdən zorla köçürülən soydaşlarmızın taleyini və prosesin milli kimliyimizə təsirlərini birlikdə müzakirə etdilər. Tədbirin sonunda Qərbi Azərbaycan İcmasının nümayəndəsi Ceyhunə Şirəliyeva İcma sədri Əziz Ələkbərlinin, Dərələyəz mahalı Paşalı rayon İcma sədri Faiq Xudayevin salamlarını və ürək sözlərini tədbir iştirakçılarına çatdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi