Erkən nikah və onun fəsadları

23.05.2025-ci il tarixində H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin UBTR Orucova Şəfa, Psixoloq Əsgərova Aygün 8 və 9 cu sinif şagirdləri ilə "Erkən nikah və qohumlar arasında nikahin mənfi nəticələri"mövzusunda dəyirmi masa keçirdilər. Dəyirmi masanı keçirməkdə əsas məqsəd erkən nikahların mənfi təsirləri, cəmiyyətə vurduğu zərərlər barədə məlumat vermək idi. Psixoloq erkən nikahların baş verməsinin əsas səbəblərini fəsadlarıni göstərdi və erkən nikah problemini aradan qaldırmaq üçün hansı tədbirlərin maarifləndirici xarakter daşıdığını vurğuladı. UBTR Şəfa Orucova erkən nikahın ailədə və cəmiyyətdə törətdiyi fəsadları haqqında məlumat verdi. Daha sonra şagirdlərin sualları cavablandırıldı. Onları maraqlandıran, düşündürən məqamlar müzakirə edildi.