"Nə? Harada? Nə zaman?" intellektual yarış keçirilib

    2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölkəmizdə elan olunan "Konstitusiya və Suverenlik ili" çərçivəsində Xəzər Gənclər evi və 156 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “28 May-Müstəqillik Günü” nə həsr olunmuş "Nə? Harada? Nə zaman?" intellektual yarış keçirilib. Yarışın keçirilməsinin əsas məqsədi şagirdlərə vətənpərvərlik hissini aşılamaq, dünyagörüşünü artırmaq, onların intellektual səviyyəsini yüksəltməkdən ibarət olub. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni oxunub, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb. Bilik yarışının gedişatını izləmək üçün münsiflər heyəti olaraq Xəzər RİH-in nümayəndəsi Ofeliya Məmmədzadə, Gənclər və İdman İdarəsinin Xəzər rayonu üzrə gənclər və idman sektorunun müdiri Gündüz Vəliyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xəzər rayon Komitəsinin sədri Həzərxan Əbilov və Xəzər rayon ümumtəhsil məktəb direktorları iştirak edib. Münsiflər heyəti qaydaları elan etdikdən sonra yarışa start verilib. Yarışın yekun nəticələrinə əsasən 18 məktəb arasından H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin 9-cu sinif şagirdləri III yerə layiq görüldülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi