Müstəqillik Gününə həsr olunmuş çempionat

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azerbaycan Xalq Cümhuriyyətinin cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın mənlik şüurunu özünə qaytardı. Onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 23.05.2025-ci il tarixində Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə 28 May-Müstəqillik Gününə həsr olunmuş qol güləşi yarışı təşkil olundu. Müxtəlif çəki dərəcələri üzrə təşkil olunan qol güləşi yarışında şagirdlərimiz əsl mübarizə ruhunu nümayiş etdirdilər. Əli masada,ürəyi zəfərdə olan bütün iştirakçılara təşəkkür edirik. Təbriklər və daha böyük uğurlara!