Təbiəti qoruyaq

Təbiətin bizə bəxş etdiyi gözəlliklərdən biri də güllər və çiçəklərdir. Güllər əsrlər boyu rəssam və şairlərin diqqətini çəkib insan yaradıcılığının bütün sahələrinə ilham vermişdir. Təbiətlə ünsiyyətdə olmaq və güllərə qulluq etmək isə insana daha çox zövq verir. 21.05.2025-ci il tarixdə H.Z.Tağyev adına 123 saylı tam orta məktəbin müəllimi Aynur Quliyeva rəhbəri olduğu 2a sinif şagirdləri ilə məktəbin həyətində əkilmiş güllərə qulluq qaydası, onların əkilməsi, təmizlənməsi, sulanması, qurumuş yarpaqların təmizlənməsi haqqında maarifləndirici dərs təşkil etdi.