Mən hüquqlarımı necə dərk edirəm

    Ulu Öndər Heydər Əliyev söyləmişdir: "İnsan hüququ hər bir insanın hüququdur,eyni zamanda hər bir xalqın hüququdur". İnsan hüquqları dövlətlə qarşılıqlı münasibətdə hər bir insana məxsus olan başlıca əxlaqi və hüquqi haqlardır. İnsanların hüquqları daim qorunur və pozulmuş hüquqların müdafiəsi üçün daim mübarizə aparılır. İnsan hüquqları insanın əsas tələbatları ilə bağlıdır.Bütün insanlar bərabərhüquqlu olmalı, onlar arasında ayrı-seçkilik qoyulmamalıdır. 22.05.2025-ci il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə insan hüquqları aylığı ilə əlaqədar olaraq 10a sinif şagirdləri ilə "Mən hüquqlarımı necə dərk edirəm" mövzusunda maarifləndirici tədbir təşkil olundu. Şagirdlərə "İnsan hüquqları", "İnsan hüquqları haqqında nə bilirəm" adlı videoçarxlar nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi