Mən və hüquqlarım

21.05.2025-ci il tarixdə H. Z. Tağıyev adına 123 saylı tam orta məktəbin tarix müəllimi Məlahət Kərimli, UBTR Şəfa Orucova 9d sinif şagirdləri ilə "Mən və hüquqlarım" mövzusunda maarifləndirici tədbir təşkil etdilər. “İnsan hüquqları aylığı” çərçivəsində şagirdlərlə maarifləndirici tədbirlərin keçirilməsinin əsas məqsədi insan hüquqlarını və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini şagirdlər arasında təbliğ etmək, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə, şagirdlərdə humanizm keyfiyyətlərini formalaşdırmaqdan ibarətdir.