Hüquqlarımızı bilirikmi?

Hər bir insan irqindən, cinsindən, dilindən, dinindən,siyasi və digər baxışlarından, milli və sosial mənşəyindən, mülkiyyətindən, doğum və başqa hallardan asılı olmayaraq, təmin olunmuş insan hüququna və azad olmaq hüququna malikdir. İnsan hüquqları həmçinin mənəviyyata və hisslərə malik insan olmağımız üçün bizə verilmişdir. İnsan hüquqları hər bir fərdin insanlığını qorumaq və müdafiə etmək, normal həyat şəraitində ləyaqətli yaşayışını təmin etmək üçün lazımdır. 19.05.2025-ci il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə 7b sinif şagirdləri ilə "Hüquqlarımızı biliriki?" mövzusunda maarifləndirici tədbir təşkil olundu.