28 May-Müstəqillik Günü

Dövlət üçün müstəqillikdən, vətəndaşı üçün isə azadlıqdan üstün heç nə yoxdur. Ulu və zəngin tarixi keçmişə malik Azərbaycan xalqı azad yaşayış, müstəqil dövlət uğrunda uzun və mübarizələrlə dolu bir yol keçmiş, qəhrəmanlıq salnaməsi yazmışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. 12.05.2025-ci il tarixdə H. Z. Tağıyev adına 123 N-li tam orta məktəbdə 7a sinif şagirdləri ilə "28 May-Müstəqillik Günü"nə həsr olunmuş nümunəvi dərs təşkil olundu. Dərsdə vətənimizin şanlı tarixindən söhbət açıldı, tarixi filmlərdən fraqmentlər izlənildi.