Ulu Öndər Heydər Əliyevin irsinə sadiq olan gənclik

Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərinə həmişə inanırdı və ehtimad göstərirdi. H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə də Ulu Öndər Heydər Əliyevin irsinə sadiq olan gənclər yetişir. Onlar məktəbdə çalışan təhsilverənlərdən öyrəndiklərini lazımi anda tətbiq etməklə bərabər, həm də hərbi və idman üzrə bilik, bacarıqlarını da inkişaf etdirirlər. 08.05.2025-ci il tarixdə məhz bunları nəzərə alaraq 10-cu siniflərdə təhsil alan şagirdlərin arasında üç fənn üzrə olan bilik və bacarıqlarını yoxlamaq üçün yarış keçirildi. Coğrafiya fənn müəllimi Gülnarə Əzimova, hərbi rəhbər Çingiz Nəbiyev, fiziki tərbiyə müəllimləri Taryel Abdalov, Şahin İskəndərovun birgə hazırladığı yarışda şagirdlər coğrafi və hərbi biliklərinə əsaslanaraq, fiziki hazırlıqlarının hesabına maraqlı oyun göstərdilər. Yarışı giriş sözü ilə məktəbin direktoru Sevinc Mustafayeva açıq elan etdi, yarış iştirakçılarına uğurlar dilədi. Yarış çox maraqlı keçdi. Obyekt və oriyentin tapılmasında bilik və bacarıqlarının, fiziki sağlamlıqlarının hesabına yarışda 10a sinif şagirdləri I yeri, 10b sinif şagirdləri II yeri və 10p sinif şagirdləri isə III yeri tutdular. Şagirdlərə fəxri fərman, kubok, hədiyyələr, Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilmiş kitablar təqdim olundu. Şagirdlər Ulu Öndərin irsinə sadiq olacaqlarına, onun memarı olduğu doğma Azərbaycanın layiqli vətəndaşları olmaqla bərabər vətənimizin daha da çiçəklənməsində fəal iştirak edəcəklərinə söz verdilər. Azərbaycanın üçrəngli bayrağının həmişə zirvələrdə dalğalanması üçün bütün bilik və bacarıqlarını sərf edəcəklərini söylədilər. Sonda xatirə şəkilləri çəkildi.