Şən startlar

07.05.2025-ci il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin 7-ci sinifləri arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş "Sağlam həyat tərzinin təbliği və komanda ruhunun gücləndirilməsi" məqsədilə maraqlı və enerjili " Şən startlar" yarışı təşkil olundu. Şagirdlər bacarıq, çeviklik və birlik nümayiş etdirərək əsl idman ruhunu yaşatdılar.