Mənim ailəm yenilməz qalamdır

Necə deyərlər, sağlam ailə sağlam cəmiyyət deməkdir. Hər bir cəmiyyət müxtəlif ailələrin toplumundan ibarətdir. Ailə müqəddəsdir, ailəni qoruyub saxlamaq lazımdır. Ailə insanın həyatında, formalaşmasında mühüm rol oynayır. Həqiqətən ailə bir qaladır. Qurub yaratdığın, içinə sığınıb yaşadığın o, ailəni qorumaqda sahibinə düşür. 05.05.2025 ci il tarixində H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin psixoloqu Əsgərova Aygün, UBTR Orucova Şəfa 5c sinif şagirdləri ilə "Mənim ailəm yenilməz qalamdir" mövzusunda dəyirmi masa keçirdilər. Psixoloq şagirdlərə ailədə psixoloji mühitin sağlam olması üçün şiddətdən, yalandan, qorxudan uzaq olmaları haqqında söhbət apardı. Hər bir şagird öz ailəsi haqqında məlumat verdi və şagirdləri maraqlandıran suallar cavablandırıldi. Şagirdlər dəyirmi masada fəal iştirak etdilər.