Keçmişdən gələcəyə ailə dəyərləri

Ailə milli-mənəvi dəyərlərin təcəssümü və daşıyıcısıdır. Ailələrimizin daha möhkəm və sağlam əsaslar üzərində qurulması, güclü ailələrin formalaşması və Azərbaycan ailəsinə xas ailə modelinin qorunması əsas vəzifələrdəndir. Hər bir ölkənin özünə xas dəyərləri olduğu kimi, Azərbaycanın da ən önəmli dəyərlərindən biri məhz ailə dəyərləridir. Unutmaq olmaz ki, düzgün ailədə böyüyən bizim gələcək nəsildir. Ailə dəyərlərini o qədər müdafiə etmək lazımdır ki, bu ailədə yetişən gənclik sabah vətənpərvər,mühafizəkar və bir o qədər də mübariz ruhlu olsun. Elə gənclər yetişdirmək lazımdır ki, onlar sabah öz haqları, eləcə də ailə dəyərləri uğrunda var gücləri ilə mübarizə apara bilsinlər. Bu məqsədlə 30.04.2025-ci il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin 10p və 11a sinif şagirdləri ilə "Keçmişdən gələcəyə ailə dəyərləri" mövzusunda dəyirmi masa təşkil olundu.