İdmanda uğur qazanan şagirdlər

Şagirdlərimizin idman sahəsinə olan marağı daim diqqət mərkəzində saxlanılır. Onlar mütəmadi olaraq idman yarışlarında, turnirlərdə, çempionatlarda iştirak edərək,uğur qazanırlar. İdman yarışlarında iştirak edən uşaqlar bilik və bacarıqlarını, təcrübələrini zənginləşdirməklə yanaşı, həm asudə vaxtlarını səmərəli keçirir, həm də sağlamlıqlarının qeydinə qalırlar