Ailəmə minnətdaram

Ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır. Xalqımızın yaşaması üçün,öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəzolunmaz rol oynamışdır. Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır. 29.04.2025-ci il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə 9e sinif şagirdləri ilə "Ailəmə minnətdaram" mövzusunda maarifləndirici tədbir təşkil olundu. Şagirdlərlə söhbət zamanı bir daha ailənin müqəddəs olduğunun, gücü, birliyi, iradəni təmsil etdiyinin şahidi olduq. Azərbaycan ailəsinin dəyər verdiyi keyfiyyətlərə,şagird düşüncələrində də rastlaşdıq. Həqiqətən də ailə dəyərlərinin zaman keçdikcə əhatələnmiş, qanuniləşmiş və bugünkü milli dəyərlərimizi meydana gətirmişdir.