Gəlin birlikdə oxuyaq!

Bu gün 23 Aprel Dünya Kitab Günüdür. Kitab mədəniyyətdir, kitab azadlıqdır, kitab sevgidir, kitab dostluq sədaqətdir, kitab sülhdür, kitab əməkdir, bu siyahını uzatmaq olar. Lakin kitab dedikdə həmişə ağlıma insan və əməyi gəlir. Bir kitab ərsəyə gəlsin , insanlar oxusun, cəmiyyət formalaşsın deyə ağaclar kəsilir, təbiətin oksigenindən insanlara pay verilir ki, gələcək daha aydın beyinlər üzərinə qurulsun. Bir kitabın ərsəyə gəlməsi üçün saysız insan gözündən nur verir, zamanını xərcləyir, saysız zəhmətkeşin əlləri qabar bağlayır... Ey yurdumun gözəl insanları, gəlin kitabları sevək, sevdirək, kitab oxuyaq, kitab oxudaq, kitab alaq,kitab aldıraq, kitablardan xonça tutulsun, pay seçilsin. Kitabsız həyat qaranlıq, zülmət bir gecədir. 23.04.2025–ci il tarixində Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə "Ümümdunya Kitab və Müəllif Hüqüqları günü" ilə əlaqədar kitabxananın fəal oxucularına kitablar hədiyyə edildi. Bütün kitabsevərlər və sevdirənlər bayramınız mübarək.