Sərhəd hərbi-idman oyunu

    18.04.2025-ci il tarixdə Xəzər rayon Türkan Sahil mühafizə xidmətində "Sərhəd" hərbi-idman oyununun 1-ci mərhələsi keçirildi. Bu oyunların keçirilməsində əsas məqsəd gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, vətəninə və xalqına sadiq, sağlam düşüncəli gənclərin yetişdirilməsi, Silahlı Qüvvələrdə hərbi xidmətə hazırlanması, onlara vətənimizin müqəddəs sərhədlərinə hörmət hissinin aşılanması və ən əsası isə sərhədçi peşəsinə marağın artırılmasıdır. Bu oyunda H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin komandası da iştirak etdi və 2-ci yerə layiq görüldü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi