Məktəb-valideyn əməkdaşlığı

Tədqiqatlar göstərir ki, valideyn-məktəb arasında sıx əlaqələrin qurulması daha yaxşı şagird davranışı, yüksək akademik nailiyyətlər və təkmilləşdirilmiş sosial bacarıqlar üçün vacibdir. Bu bir danılmaz həqiqətdir ki, böyüməkdə olan gənc nəslin tərbiyəsi, ünsiyyətdə olduğu insanlarla, yaşadığı mühitlə, təlim-tərbiyə aldığı təhsil ocağı, ən əsası isə ailəsi ilə bağlıdır. Ona görə də müasir gənclərin müsbət əxlaqi keyfiyyətlərə malik olmasını, intellektual səviyyələrini yüksək, dünyagörüşlərini geniş görmək istəyiriksə, ailə tərbiyəsi məsələsini ön plana çəkməli və bu məsələyə ciddi yanaşmalıyıq. Məktəb, şagird, valideyn üçbucağını daha da möhkəmlətmək üçün 21.04.2025-ci il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə növbəti valideyn iclası təşkil olundu.