Dəyərlərimiz bədii ədəbiyyatda

Hər bir xalqın mövcudluğunun əsas göstəricisi olan adət və ənənələr, milli-mənəvi dəyərlər onun tükənməyən ən qiymətli sərvətidir. Milli-mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir. Adət-ənənənin milli dəyər kimi yaşaması ailədən başlayır və cəmiyyət tərəfindən qəbul edilir, dövlətin atributuna çevrilərək gələcək nəsillər tərəfindən qorunur. Azərbaycan ədəbiyyatında milli-mənəvi dəyərlərin tərənnümünü araşdırmaq, gənc nəslə bu dəyərlərin əhəmiyyətini aşılamaq və onların ədəbi dünyagörüşünü genişləndirmək məqsədilə 11.04.2025-ci il tarixində H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin kitabxanaçısı Nigar Süleymanova 6c sinif şagirdləri ilə " Dəyərlərimiz bədii ədəbiyyatda" adlı maarifləndirici tədbir təşkil etdi. Tədbirin təşkil olunmasında əsas məqsəd Azərbaycanın qədim adət-ənənələrini, milli dəyərlərini gənc nəslə aşılamaq, onlarda ədəbiyyata maraq yaratmaqdır.