Nəriman Nərimanov-155

    Nəriman Nərimanov Azərbaycan xalqının böyük şəxsiyyətlərindən biridir. O, görkəmli dövlət xadimi, yazıçı, həkim idi.  Nəriman Nərimanov 1870-ci ildə Tiflis şəhərində anadan olmuşdur. Müəllimlər Seminariyasını bitirən və Hacı Zeynalabdin Tağıyevin köməyi ilə tibb təhsili alan gənc Nərimanın qəlbindəki xeyirxah və maarifpərvər duyğular ona dinclik vermirdi. O, xalqının üzləşdiyi çətinliklərdən çıxış yolu axtarırdı. Hələ gənc yaşlarında Bakıda kitabxana açmışdı. Onun arzusu azərbaycanlıların maariflənməsi idi. Nəriman Nərimanov gözəl yazıçı idi. O, “Nadir şah” və digər əsərlərin müəllifidir. Xarici dillərdə yazılan bir çox əsərlərdən Azərbaycan dilinə tərcümələr edir, həm də dərsliklər yazırdı. Azərbaycan xalqı Nəriman Nərimanovun xatirəsini əbədiləşdirmişdir. Bakı şəhərinin rayonlarından biri onun adını daşıyır. Bakıda Nəriman Nərimanovun böyük abidəsi ucalır. Paytaxtımızın ən böyük prospektlərindən birinə Nəriman Nərimanovun adı verilmişdir. Bundan başqa, Bakıda N. Nərimanovun xatirə muzeyi fəaliyyət göstərir." 14.04.2025 ci il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin ədəbiyyat müəllimi Rəna Şükurova, kitabxanaçı Nigar Süleymanova 5 a sinif şagirdləri ilə Nəriman Nərimanovun 155 illiyi mûnasibəti ilə dəyirmi masa təşkil etdilər. Dəyirmi masada şagirdlərə Nəriman Nərimanovun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi