Təcrübə səfəri

11.04.2025-ci il tarixində Xəzər rayon, H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbin Peşə Təmayüllü Siniflərində “Dərzi köməkçisi” ixtisası üzrə təhsil alan şagirdlərinin Təcrübə səfəri təşkil olunub. Təcrübə “Azerbaijan Foshion LAB AFL AFS” MMC-də həyata keçirilib. Şagirdlər yüksək kvalifikasiyalı mütəxəssislər tərəfindən təlimlərdə iştirak ediblər. Kolleksiyaların “ideyadan asılqana” yol xəritəsi, konstruksiya – modelləmə - tikiş texnologiyası, modada markalaşma kimi mövzular haqqında məlumatlar verilib. Şagirdlər iş otaqları və prosesi ilə tanış olublar. Səfər maraqlı və motivasiya baxımından faydalı keçib. Sonda, şəgirdlərə seçdikləri peşədə uğurlar arzulanıb və xatirə şəkilləri çəkilib.