Konstitusiya və Suverenlik ili

    Müstəqil və Suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillərboyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmışdır. Şagirdlərimizə "Konstitusiya və Suverenlik" mövzusunda daha geniş bilgilər vermək məqsədilə 11.04.2025-ci il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin tarix müəllimi Nüşabə Məşədibəşirzadə 9e sinif şagirdləri ilə birgə dəyirmi masa təşkil etdi. Dəyirmi masada dövlətimizin müstəqillik tarixinin mühüm hadisələrindən söhbət açıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi