Şahmat turniri

10 aprel 2025-ci il tarixdə Bakı Şəhər Gənclər və İdman İdarəsi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xəzər rayon komitəsinin birgə təşkilatçılığı, 216 saylı tam orta məktəbin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş Xəzər rayon orta ümumtəhsil məktəblərinin işçiləri arasında komanda şahmat turniri təşkil edildi. Turnirdə 10 komanda mübarizə apardı və sonda qalib komandalar aşağıdakı kimi oldu:
1-ci yer: 124 nömrəli tam orta məktəb;
2-ci yer: 149 nömrəli tam orta məktəb;
3-cü yer: 123 nömrəli tam orta məktəb tutdu.