Yol Hərəkət Qaydaları

Yol hərəkət təhlükəsizliyinin təmin edilməsi və ictimaiyyətin maarifləndirilməsi məqsədilə 01.04.2025-ci il tarixində H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin psixoloqu Aygün Əsgərova, UBTR Şəfa Orucova 7a sinif şagirdləri ilə Yol hərəkət qaydaları mövzusunda dəyirmi masa təşkil etdilər. Dəyirmi masanı təşkil etməkdə əsas məqsəd yol hərəkət qaydalarına əməl etməyin vacibliyini vurğulamaq, piyadalar və sürücülər arasında təhlükəsiz davranışın təşviq edilməsinə nail olmaqdır.