Novruzun nəfəsi

    Azərbaycan xalqının milli-mənəvi,maddi, mədəni dəyərlərini gənc nəslə daha yaxından tanıtmaq və təbliğ etmək məqsədilə 18.03.2025-ci il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə "Novruzun nəfəsi" adlı tədbir təşkil olundu.Tədbirdə şagirdlərin iştirakı ilə bayramın tarixi dəyərini, xalqımızın adət-ənənələrini, Novruz rəmzlərini əks etdirən nümunələr,səhnəciklər nümayiş etdirildi. Novruz ruzi-bərəkət, sevinc, səadət,birlik və həmrəylik rəmzidir, cəmiyyətimizin möhkəmlənməsi üçün sağlam təməllər yaradan misilsiz bir ənənədir. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərə Novruz bayramının tarixi haqqında, adət-ənənələrimiz barədə məlumatlar vermək, onları bu dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyllərini gücləndirməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi