Baharın rəngləri

Azərbaycan xalqının tarixin qədim qatlarında yaratdığı,dilimizi,zəngin folklorumuzu özündə yaşadan Novruz bayramı, xalqımızın milli-mənəvi irsini özündə təcəssüm etdirir. Azərbaycan xalqı daim öz milki köklərinə bağlı xalq olmuşdur və bizim gələcək uğurlarımız bu amillərlə bağlıdır. 18.03.2025-ci il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə UBTR Şəfa Orucovanın təşkilatçılığı ilə "Baharın rəngləri" adlı rəsm müsabiqəsi təşkil olundu. Şagirdlər Novruz bayramı haqqında fikirlərini rəsmlərdə nümayiş etdirdilər. Müsabiqə şagirdlərin yaradıcılıq qabiliyyətlərini ortaya qoymaq, onların rəssamlıq bacarıqlarını inkişaf etdirmək və incəsənətə marağı artırmaq məqsədi daşıyır. Sonda şagirdlər diplomlarla təltif olundular.